"Araz Naxçıvan"ın meneceri Tahir Əliyevin futbolinfo.az saytına müshaibəsi
– Komandanın hazırlığı necə gedir?
– Hazırlığımız normal şəkildə davam edir. Təxminən 20 gündü ki, "Neftçi"nin təlim-məşq bazasında məskunlaşmışıq. "Rəvan", "Sumqayıt" və AZAL-la yoldaşlıq görüşü keçirmişik. Daha sonra ikitərəfli oyunumuz oldu. Hər şey öz qaydasında davam edir. Daha bir komandayla yoldaşlıq oyunu keçirmək istəyirik. Lakin rəqibimizi hələ dəqiqləşdirməmişik. Çünki güclülər dəstəsi ayın 1-dən oyunlara başlayır. Buna görə də elita klubları ilə oynamaq bir az çətinləşir. Çox güman ki, Premyer Liqa təmsilçiləri ilə oynamaq alınmayacaq.
– Artıq komandadan kimlərin göndəriləcəyinə qərar verilib?
– Elvin Cəbrayıllı, Rəşad Hacızadə, Samir Rəsulov komandadan ayrılıb. Transfer pəncərəsi bağlanana qədər daha kimlərin gedəcəyini deyə bilmərəm. Çünki qərarı baş məşqçi verir.
– Bəs kimlər heyətə cəlb edilib?
– Ruslan Zubkovu heyətə qatmışıq. Bundan başqa İrfan Hüseynov da komandaya dəvət edilib. Tərlan Xəlilovla Əziz Hüseynov var.
– İrfan Hüseynovla bağlı belə bir məlumat var ki, o heç bir klubda forma geyməyib…
– Heç bir klubda forma geyməyib?
– Bəli, peşəkar futbolla məşğul olmayıb…
– Xeyr bu yalnış məlumatdı. O, Bolqarıstan "Spartak"ında oynayıb.
– Artıq fevralın 9-da "Bakılı" ilə qarşılaşacaqsız. Adıçəkilən futbolçularla nə vaxt müqavilə imzalanacaq?
– Düşünürəm ki, bu, tez bir zamanda baş verəcək. Transfer pəncərəsi bağlanana qədər bu iş öz həllini tapar. Çünki, bütün sənədlər hamısı AFFA-ya təhvil verilir. Bundan sonra oyunçulara oynaması üçün icazə verilir.
– Artıq "Neftçi" Türkiyədən qayıdıb. Emil Balayevin aqibəti necə olacaq?
– Bildiyiniz kimi, Balayev bizdə icarə əsasında oynayır. Demək olar ki, oyunların 60-70 faizində bizim qapımızı qoruyub. Düşünürəm ki, fasilədən sonra yenidən "Araz Naxçıvan"ın uğurları üçün çalışacaq.
– Elita klubları ilə yoldaşlıq görüşləri keçirdiniz. Komandanızı hazırda yuxarı dəstədə iddialılar arasında mübarizə aparmağa hazır sayırsız?
– Təbii ki, 1-ci liqanın ən yaxşılarından biriyik. Turnir cədvəli də bunu sübut edir. Divizionda yeganə təmsilçiyik ki, Azərbaycan Kubokunda ən yaxşı 8 komanda içərisindəyik. Bu da bizim necə bir komanda olduğumuzu göstərir. Yəni biz elitaya hazırıq. Sözsüz ki, elitaya çıxdıqdan sonra yuxarı dəstə heyəti qurmaq lazımdı. Artıq o zaman məqsədlər başqa olacaq. Siz də yaxşı bilirsiniz, elitada güclü komandalardı. Komandanın komplekləşməsi tam fərqli olmalıdı.
– Təbii ki, 1-ci liqanın ən yaxşılarından biriyik. Turnir cədvəli də bunu sübut edir. Divizionda yeganə təmsilçiyik ki, Azərbaycan Kubokunda ən yaxşı 8 komanda içərisindəyik. Bu da bizim necə bir komanda olduğumuzu göstərir. Yəni biz elitaya hazırıq. Sözsüz ki, elitaya çıxdıqdan sonra yuxarı dəstə heyəti qurmaq lazımdı. Artıq o zaman məqsədlər başqa olacaq. Siz də yaxşı bilirsiniz, elitada güclü komandalardı. Komandanın komplekləşməsi tam fərqli olmalıdı.
– Əsasən yerli futbolçulara üstünlük verirsiniz. Elitada "Sumqayıt" da bu sistemlə fəaliyyət göstərir. Düşünmürsüz ki, autsayder "Sumqayıt"ın aqibəti ilə üzləşərsiz?
– Düşünmürəm ki, elə bir şey olsun. Çünki biz qarşımıza məqsəd qoymuşuq. Biz futbol xatirinə futbol oynamaq üçün meydana çıxmırıq. Siz də razılaşarsız ki, bizim komanda divizonda ən güclüdü. Azərbaycanın aşağı dəstəsinə demək olar ki, azarkeş yığan klub biz olduq. Biz böyük məqsədlər üçün futbol oynayırıq.
RÖVŞƏN ƏHLİMANOĞLU





