Təlim-məşq toplanışını başa vuran "Sumqayıt" 1 günlük fasilədən sonra yenidən hazırlıqlara start verib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində doğma azarkeşləri qarşısında "Qəbələ"ni qonaq edəcək Aqil Məmmədovun komandasında zədəli futbolçu yer almır.
 
U-21-in düşərgəsində yer alan qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə bu gündən etibarən məşqlərə qoşulacaq.
 
Qeyd edək ki, fevralın 1-də Sumqayıtda baş tutacaq "Sumqayıt" – "Qəbələ" oyunu saat 16:00-da start götürəcək.
Shares: