Madrid "Real"ın müdafiəçisi Fabio Koentrao qış “transfer pəncərəsi”nin son günlərində komandadan ayrıla bilər. Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu ilə "Milan" yaxından maraqlanır.
 
İddialara görə, “rossonyerlər”in vitse-prezidenti Adriano Qalliani bu barədə "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə danışıb. Klub rəsmisi mütəxəssisdən Koentraunu buraxması üçün icazə istəyib. Danışıqların davam etdiyi bildirilir.
 
Bu keçid baş tutarsa, Keysuke Honda və Maykl Esyendən sonra “Milan” üçüncü böyük transferini gerçəkləşdirmiş olacaq.
Shares: