İngiltərə “Arsenal”ı məşhur idman markası “Puma” şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytı bu haqda məlumat yayıb.
 
Bundan sonra klub üçün məşq və oyun geyimlərini məhz bu firma hazırlayacaq. Anlaşmaya əsasən, “topçular” bu işdən ildə 30 milyon funt qazanacaq.
 
Qeyd edək ki, "Arsenal" son 20 ildə "Nike" şirkəti ilə əməkdaşlıq edirdi. “Puma”yla bağlanan saziş komandanın tarixində rekord sponsorluq anlaşması kimi yadda qalıb.
Shares: