"Beşiktaş" qış transfer dövrünün son günlərində müdafiə xəttini yeni legionerlə gücləndirib. Futbolinfo.az xəbər verir ki, mövsümün birinci dövrəsini "Qalatasaray"da keçirən Dani Nunkeu ikinci dövrəni “Beşiktaş”da icarədə olacaq.
Klubun rəsmi saytının verdiyi xəbərə görə, kamerunlu stopper bunun qarşılığında 600 min avro qazanacaq. Əgər “qara qartal” futbolçunun çıxışından razı qalarsa, "Beşiktaş" mövsümün sonunda "Qalatasaray"a 1,8 milyon avro ödəməklə ona tamhüquqlu sahib çıxacaq.





