Madrid "Atletiko"sunun qapıçısı Tibo Kurtua mövsümün sonunda komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, "Real" belçikalı qolkiperin transferində maraqlıdı.
Kral Klubu artıq belçikalı ilə danışıqlara başlayıb. Müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua da "Real"da oynamaq istədiyini bildirib. Daha öncə yalnız "Atletiko"da oynamasının tərəfdarı olduğunu açıqlayan Kurtuanın "Çelsi"nin mövsümün sonunda hansı qərarı verəcəyi indidən böyük maraq doğurur.





