İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo növbəti dəfə maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, Premyer  Liqada "Mançester Siti" ilə oyunöncəsi  Manuel Pelleqrinin komandasına ismarıc göndərib:

"Bir tərəfdə UEFA-nın "Maliyyə Fair Play" qaydalarına əməl edən, digər tərəfdə isə təhlükəli işlər görən klub var. Həmin klubun adını çəkmək istəmirəm. Çünki bu, mənim işim deyil, amma idman jurnalisti olsam, bunu araşdıraram. Bunu Mişel Platini və digərləri təhlil etsin. Mən sadəcə gözləyirəm".

Qeyd edək ki, MS-nin UEFA-nın maliyyə feyr-pleyi qaydalarına uymadığı barədə iddialar dolaşır.

Shares: