“Trabzonspor” Rumıniya millisinin üzvünü heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, söhbət ölkəsinin "Styaua" klubunda çıxış edən Aleksandr Burçanudan gedir.

Yarımmüdafiəçinin keçidi “bordo-mavilər”ə 1.3 milyon avroya başa gəlib.Qaradəniz təmsilçisi oyunçunun keçidini Türkiyədə transfer mövsümünün bağlanmasına bir neçə saat qalmış rəsmiləşdirib. Xəbəri hər iki tərəf rəsmən təsdiqləyib.

28 yaşlı oyunçu Trabzon təmsilçisi ilə 3.5 illik müqavilə imzalayıb.

Shares: