Futbol üzrə İtaliya Kubokunda yarımfinal mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
"Udineze" öz meydanında "Fiorentina"nı qəbul edib. İlk qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Qeyd edək ki, finalçılar iki oyunun nəticəsinə görə müəyyən ediləcək. Bu mərhələnin digər oyunu bu axşam keçiriləcək.
 
İtaliya kuboku
Yarımfinal (ilk oyunlar)
4 fevral
 
Udineze – Fiorentina – 2:1
Qollar: Di Natale, 36, Muriel, 82 – Varqas, 44.
 
5 fevral
 
23:45. Roma – Napoli
Shares: