"Bakı"nın transferə çıxardığı litvalı hüçumçu Mindauqas Kalonas "Simurq"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Lakin futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində baş tutacaq "Simurq" – "Bakı" matçında Kalonas müqavilə ilə məxsus olduğu kluba qarşı oynamaya bilər.
 
"Simurq"un icraçı direktoru Vaqif Əliyev saytımıza verdiyi açıqlamada məsələyə belə münasibət bildirib: "Əlbəttə, biz Kalonasın "Bakı"ya qarşı oynamasını istəyirik. Bunun üçün də "Bakı" rəhbərliyi ilə bu məsələ haqda söhbət edəcəyik. İnanıram ki, paytaxt klubu ilə bu məsələdə razılaşacağıq".
Shares: