Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son oyun günündə daha bir görüş baş tutub.
Lion "Olimpik"i doğma meydanda "Troya" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, digər yarımfinal cütündə də PSJ səfərdə "Nan"ın qonağı olmuşdu və oxşar hesabla qələbə qazanmışdı.
Beləliklə, Fransa Liqa Kubokunun finalında Lion "Olimpik"i PSJ ilə qarşılaşacaq.
Fransa Liqa Kuboku
Yarımfinal
4 fevral
Nant – PSJ – 1:2
5 fevral
Olimpik (Lion) – Troya – 2:1





