Ulduz futbolçular xeyriyyəçilik məqsədilə bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilətının (BMT) İnkişaf Proqramı çərçivəsində “Yoxsulluqla Mübarizə Matçı” təşkil oluncaq.
 
Hansı ki, oyunda dünya futbolunun ulduzları iştirak edəcək. Martın 4-də baş tutacaq qarşılaşmada baş rolda ənənəvi olaraq Ronaldo və Zinəddin Zidan olacaq. Qarşılaşma İsveçrənin paytaxtı Berndə keçiriləcək.
 
Qeyd edək ki, budəfəki oyuna Türkiyə millisinin ən məhsuldar oyunçusu Hakan Şükür də qatılacaq.
Shares: