Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu cədvəldə Azərbaycanın yeganə təmsilçisi olan Ağdamın “Qarabağ” klubu ötən ayla müqayisədə iki pillə geriləyərək 119,50 xalla 113-cü pillədə qərarlaşıb.
 
Son bir ayda 4 klub – “Əl-Əhli” (Misir), “Eştoril” (Portuqaliya), “Udineze” (İtaliya), “Apollon” (Cənubi Kipr) ağdamlıları keçməyə müvəffəq olub. “Qarabağ”ın 4 deyil, 2 pillə geriləməsi isə tanınmış klublar “İnter” (İtaliya) və “Betis”ın (İspaniya) daha çox geriləyərək, təmsilçimizdən aşağı pillələrə yuvarlanması səbəb olub.
 
Dünyanın ən güclü klubları siyahısına isə Almaniyanın “Bavariya” klubu başçılıq edir.
Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 292 xalla 2-ci, İngiltərə “Çelsi”si 275 xalla 3-cü yerdədi.
Shares: