İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı İtaliya A Seriyasının ona maraqsız gəldiyini deyib:
 
"Etiraf edirəm ki, İtaliya A Seriyasının oyunlarını izləmirəm. Deyə bilmərəm ki, orada hər şey pisdi, sadəcə A Seriyanın oyunları məni cəlb etmir. Bəli, orada bir sıra istedadlı futbolçular və yaxşı rəqabət var. Ancaq mənim üçün İngiltərə Premyer Liqası və İspaniya La Liqasından yaxşı çempionat yoxdu. İtaliya millisinə gəlincə, onların güclü komanda olduğunu düşünürəm".
 
Ronaldo bu günədək Portuqaliya, İngiltərə və İspaniya çempionatlarında çıxış edib.
Shares: