Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 20-ci turunun "Xəzər Lənkəran" – "Neftçi" matçı ciddi qalmaqallarla yadda qaldı. Futbolinfo.az xəbər verir ki, bunlardan ən diqqətçəkəni "Neftçi"nin futbolçuları Karlos Kardoso ilə Bruno Bertuççinin rəqib komandanın üzvü Ağabala Ramazanovla dalaşdığı epizod idi.
Hansı ki, baş hakim buna görə onların üçünü də meydandan qovdu. Artıq bu hadisə sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib. Futbolsevərlərimiz isə "Böyük oyun"dakı bu biabırçılıqları dünya derbiləri ilə müqayisə ediblər. Belə müqayisələrdən biri ilə təqdim etdiyimiz fotoda tanış ola bilərsiz.





