Futbol üzrə Türkiyənin PTT 1-ci liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" doğma meydanda "1461 Trabzon"la qarşılaşıb.
Oyunda hesab açılmayıb – 0:0. Qaziantep təmsilçisinin baş məşqçisi Hasan Özer Ufuka yenə start heyətində şans verib. Futbolçumuz 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Qaziantep BB" 22 oyundan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.





