İspaniyanın “Real” (Madrid) klubunun aparıcı üzvü Marselo zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi artıq məşqlərə başlayıb.
“Vilyarreal”la oyunun 1-ci hissəsində zədə alaraq meydanı tərk etmiş Marselonun zədəsinin ciddi olmadığı açıqlanıb.
Qeyd edək ki, həmin oyunda əvəz edən və sonradan zədə alaraq meydanı tərk edən digər sol cinah müdafiəçisi Fabio Koentrao isə hələlik trenajorlarda məşq edir. Onun müalicə müddətinin nə qədər çəkəcəyi isə açıqlanmayıb.





