Rusiyanın “Zenit” klubu “Fənərbaxça"nn hücumçusuna “elçi” düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət seneqallı qolçu Musa Soudan gedir.
 
Peterburq klubu “sarı-lacivərdlər”ə rəsmi təklif də göndərib. Türkiyə mətbuatına inansaq, “təyyarəçilər” 28 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə iki təklif göndərib. İlk olaraq 13 milyon avroluq təkliflə çıxış edən “Zenit” rəhbərliyi rədd cavabı alınca, məbləği 17 milyon avrouya yüksəldib. Lakin bu da “Fənər”i razı salmayıb.
 
Qeyd edək ki, Sou 2012-ci ildən “Fənərbaxça”nın heyətindədi.
Shares: