“Real”ın (Madrid) baş məşqçisi Karlo Ançelotti La Liqada 4:2 qazandıqları “Vilyarreal”la matçdan sonra fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis oyunda ən çox Qaret Beyl və Xesenin çıxışını bəyəndiyini bildirib:
 
"Beyl zədədən sonra yaxşı bir oyun keçirdi. Xese də son vaxtlar əla çıxışdadı, çox çalışır. Onun yaşında biri üçün belə oynamaq gözəl olmalıdı”.
 
Ançelotti Kriştianu Ronaldonun yoxluğunu da qiymətləndirib: "Kriştianu bizim üçün imtina edilməz biridi. O olmayanda qalan bütün oyunçular daha çox çalışmalıdı. “Vilyarreal” qarşısında bəzən çətinlik çəkdik”.
 
Qeyd edək ki, “Real” bu qələbədən sonra şərikli liderliyə yüksəlib.
Shares: