Topaz Premyer Liqasının 21-ci turu çəçivəsində keçiriləcək "Bakı" – "Neftçi" matçına qonaqlar tam heyətlə çıxa bilməyəcək. Futbolinfo.az xəbər verir ki, buna səbəb "ağ-qaralar"ın 4 futbolçusunun cəzalı olmasıdı.
 
Belə ki, Karlos Kardoso, Bruno Bertuççi və Tərlan Quliyev "Xəzər Lənkəran"la oyunda qırmızı vərəqə aldığı üçün bu qarşılaşmanı tribunadan izləməli olacaqlar. Komandanın digər bir aparıcı üzvü Erik Ramos isə Lənkərandakı oyunda "sarı" alaraq, vərəqə limitini doldurub.
 
Böyükağa Hacıyevin komandası "Bakı" ilə oyunun hazırlığını davam etdirir. "Neftçi" cümə günü məşqlərə yekun vuraraq oyunun başlama saatını gözləyəcək.
Shares: