Deyəsən, qış fasiləsində AZAL-ın futbolçularına verilən istirahət müddəti onlar üçün yetərli olmayıb. Bu səbəbdən də komandanın legionerləri “yorğunluqlarını” başqa məkanlarda çıxarır. Bu dəfə paytaxt klubunun bəzi üzvləri əyləncə mərkəzlərinin birində bir araya gəliblər.
Son turda "Sumqayıt" üzərində qazanılan 1 xal, görünür, AZAL-ın futbolçuları üçün əsl bayram ab-havası yaradıb. Halbuki "qəhrəmanlar"ın baş məşqçisi Vaqif Sadıqov itirlən 2 xala görə hakimi suçlamışdı. Ancaq Sadıqov hakimi suçlamaq əvəzinə, günahı öz futbolçularında axtarsa, daha yaxşı olar. Fotolarda gördüyünüz kimi, "təyyatəçilər"in kapitanı Viktor İqbekoyi meydanda yox, əyləncə klublunda öz vəzifəsinin öhdəsindən daha yaxşı gəlir. Görünür, o və yoldaşları üçün oyunun nəticəsinin önəmi yox imiş, matçın bitməsini gözləyirmişlər ki, təcili olaraq içki məclisinə qaçsınlar.





