Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Energetik” – “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
“Şahdağ” – “Göyəzən” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şüşa” – “Turan-T” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “Şuşa”nın futbolçusu Məhəmməd Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 90+1-ci dəqiqəsində “Şuşa”nın baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
MOİK – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 82-ci dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində MOİK-in futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Bakılı” – “Araz-Naxçıvan” matçında “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 100 manat cərimə olunub.
“Ağsu” – “Neftçala” matçında “Neftçala”nın 6, “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunublar.





