Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağı yaş qrupları üzrə komandalar arasında keçirilən müxtəlif birinciliklərdə qeydə alınmış qayda pozuntularına da hüquqi qiymət verilib.
3 fevral 2014-cü il U-17 ölkə kubokunun “Bakı” – AZAL matçının 78-ci dəqiqəsində “Bakı” klubunun 4 №-li futbolçusu Ülvi Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.
6 fevral 2014-cü il U-16 Liqasının “Əlincə” – “Qəbələ” matçının 61-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Elvin Dəmirov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır.
8 fevral 2014-cü il U-16 Liqasının “Sumqayıt” – “Şahdağ” matçının 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 2 №-li futbolçusu Tural Fətdayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.
8 fevral 2014-cü il U-15 Liqasının “Vətən” – “Simurq” matçının 58-ci dəqiqəsində “Vətən” klubunun 10 №-li futbolçusu Nəbi Nəbizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır.
8 fevral 2014-cü il U-15 Liqasının “Bakı” – “Lokomotiv” matçının 65-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi Nurəddin Məmmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır.





