“Çelsi”nin baş məşqçisi Joze Mourinyo komandanın gənc ulduzu Eden Hazard haqqında xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis belçikalı yarımmüdafiəçisinə təriflər yağdırarkən onun Lionel Messi və Kriştianu Ronaldo ilə müqayisə edilməsinin düzgün olmadığını müdafiə edib:
“Onu canavarlarla müqayisə etmərəm. Çünki o canavarların 10 illik karyeraları, qazandıqları kuboklar və vurduqları qollar var. Hazard kimi bir uşaqla canavarları müqayisə etmək ədalətli olmaz”.
Qeyd edək ki, Hazard 2012-ci ildə 40 milyon avro qarşılığında Fransa “Lill”indən “Çelsi”yə transfer olunub.





