Türkiyə nəhəngi "Beşiktaş" Almaniya Bundesliqasının lideri “Bavariya”dan futbolçu transfer etmək fikrinə düşüb. Futbolinfo.az xəbər verir ki, "qara qartal” təcrübəli hücumçu Klaudio Pizarronun xidmətində maraqlıdı.
 
Münhen klubunun əsas heyətində özünə yer edə bilməyən 35 yaşlı futbolçu da daimi çıxış edə biləcəyi bir komandaya keçmək istəyir.
 
Yaxın günlərdə ölkəsinin mətbuatına danışan Pizarro da İstanbul klubundan təklif aldığını təsdiqləmişdi. Məlumatlara görə, hazırda hər iki tərəfin menecerləri arasında danışıqlar gedir.
 
Xatırladaq ki, Pizarro 2012-ci ildən “Bavariya”nın şərəfini qoruyur.
Shares: