“Fənərbaxça”da üzlər gülür. Futbolinfo.az xəbər verir ki, zədə səbəbindən son iki matçı buraxan təcrübəli hücumçu Emmanuel Emenike sürətlə sağalır.
 
Artıq forvardın komanda ilə məşqlərə başladığı açıqlanıb. Superliqanın 18-ci turunda “Konyaspor”la matçda zədələnən oyunçunun 21-ci turda “Kasımpaşa” ilə oyunda meydanda olacağı gözlənilir.
 
Qeyd edək ki, “Fənər”də hazırda iki hücumçu Musa Sou və Pyer Vebo da zədəlidi.
Shares: