"Barselona"nın yarımmüdafiəçisi Sesk Fabreqas vaxtilə çıxış etdiyi “Arsenal”ın onun bu günlərə gəlməsində əsas rol oynadığını deyib. Futbolinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi “topçular”ın çalışdırıcısı Arsen Vengerə minnətdar olduğunu bildirib:
“Venger karyeramda həlledici rol oynadı. "Arsenal"da onunla çalışdığım dövr mənim üçün xoş xatirələrlə yadda qalıb. O, mənim karyeramda həlledici rol oynadı. Vengerə minnətdaram. Ömrümün sonuna kimi də minnətdar olacam. Əgər Venger olmasaydı, mən indi "Barselona"da oynamazdım".
Fabreqas 2011-ci ildə "Arsenal"dan "Barselona"ya keçib.





