İngiltərə yığmasının baş məşqçisi Roy Hocson bu axşam Con Terrinin komandaya qayıdışı məsələsinə aydınlıq gətirəcək. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu bir müddət əvvəl millidə çıxışlarını başa vurmağı qərara alsa da, ötən həftələrdə yenidən komandaya qayıtmaq istədiyini açıqlamışdı.
Eyni zamanda İngiltərənin son oyunlarda müdafiədə zəif çıxış etməsi millinin rəhbərliyni yenidən bu məsələ haqda danışmağa vadar edib. Xüsusilə də Alan Şirer və Harri Lineker Terrinin qayıtmasını vacib sayıblar.





