“Rubin”in keçmiş baş məşqçisi Qurban Berdıyev karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, ötən günlərdə Mustafa Reşit Akçayı istefaya göndərən “Trabzonspor” 61 yaşlı mütəxəssislə maraqlanır. Lakin ortada hələ ki, hər hansı rəsmi təmas yoxdu.
Yeri gəlmişkən, Berdiyevin “Rubin”dən ayrılmasından sonra baş məşqçiliyə gətirilən Rinat Bilyaletdinovun məşqçi lisenziyası olmadığı üçün vəzifədən uzaqlaşdırılıb, lakin formal olaraq. Belə ki, “Rubin” rəhbərliyi Rusiya Premyer Liqasında çıxış üçün Vladimir Maminovu baş məşqçi kimi sifariş edib. Başqa sözlə, yalnız sənədləşmə işlərində Maminovun adı keçəcək.





