Zaqatalada “tamaşa”nın başlamasına çox az qalıb. Kiçik “qardaş”ın “böyüyünə” könüllü təslim olaçağı şübhə doğurmayan qarşılaşmayla bağlı xəbərlər biryönlüdü. Hətta “Topaz”ın da bu oyunu proqramından çıxarmasından sonra “İnter”in hesabına nöpvbəti 3 xalı əlavə edəcəyi şübhə doğurmur.
“Simurq” azarkeşləri arasında da artıq narazılıq başlayıb. Zaqatalalılar oyunun gedişində planlaşdırılan məğlubiyyətə cavab olaraq məşqçi heyətini və rəhbərliyi istefaya səsləməyə hazırlaşır. Bizdə olan bilgiyə görə, bu oyun Zaqatala futboluda ümumiyyətlə, çox şeyi dəyişə bilər. Rahatlıqla təslim olmaq “Simurq”a növbəti oyunlarda azarkeşlərin komandanı boykot etməsi ilə nəticələnəcək. Ancaq bütün bunlar “qardaş” klubların rəhbərliyinin vecinə deyil. Aşağı sıralarda olan “Simurq” üçün hüç bir turnir perspektivi qalmadığından hər şey “İnter”in mövsümü xilas etməyinə hesablanıb. Zaqatalada alınacaq 3 xal hədiyyəsi isə komandanın mükafatçılar sırasına düşmək imkanlarını çox yaxşılaşdıracaq.





