AFFA-nın inzibati binasında baş məşqçilər və klub rəsmiləri ilə iclas keçirilmişdi. Futbolinfo.az xəbər verir ki, AFFA və PFL rəsmilərinin də iştirak etdiyi toplantıda komandalarda legioner limiti və 21 yaş məsələsi müzakirə olunmuşdu.
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov da həmin iclasda iştirak edib və təklifinin fərqli bir sistem olduğunu bildirib: "Bizdə 21 yaşlılar o qədər də çox deyil. Bu səbəbdən biz buna hazır olduğumuzu deyə bilmərik. 21 yaşlı futbolçularımız çox azdı. 10 komandaya 40 futbolçu lazımdı. Bu da Premyer Liqanın səviyyəsini aşağı salacaq. Mən demirəm ki, bizim gənclərimiz səviyyə cəhətdən aşağıdı. Sadəcə, təcrübə və cavanlıqları çempionatın səviyyəsini azaldacaq. Mən 6-3-2 sistemini təklif etdim. Burada 2 nəfərdən biri 21 yaşlı, biri isə 22-23 yaşlı futbolçu olsun. Çünki 21 yaşı keçən futbolçulara da qapıları bağlamaq düzgün seçim deyil. Biz gənclərə üstünlük verdiyimiz üçün problemimiz olmayacaq. Amma çempionluğa, Avropaya getmək üçün oynayan komandalara problem yaranacaq".





