Dortmund “Borussiya”sının yarımmüdafiəçisi İlkay Gündoğan zədəsi barədə məlumat verib. Futbolinfo.az xəbər verir ki, cari mövsümün əvvəlindən zədəli olan alman futbolçu karyerasının ən çətin günlərini keçiridiyini etiraf edib:
"Yaşıl meydanlara qayıtmaq üçün çalışıram. Amma insanlar bunu görmür. Çünki mən idman zallarında məşq edirəm. Qəzetlər mövsümü başa vurduğumu iddia edir. Amma tez bir zamanda yaşıl meydanlara dönəcəyəm: "Bu, mənim üçün ciddi zədə oldu. Çünki uzun müddət futbol oynaya bilməmək çox çətindi. Karyeramın ən çətin dönəmindəyəm. Amma tezliklə hər şey əvvəlki kimi olacaq".





