Qış fasiləsindən sonra "Bakı"dan ayrılaraq "Simurq"a keçən və mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək litvalı Mindauqas Kalonas hazırda davam edən Premyer Liqanın 21-ci turunun "İnter"ə qarşı oyununda debut edir. Futbolinfo.az xəbər verir ki, Kalonas fiziki durumundakı problemə görə, "Simurq"un baş məşqçisi George Çxradze tərəfindən "Bakı" ilə oyunda şans qazanmamışdı.
Lakin bu gün gürcü mütəxəssis start heyətdə litvalı legionerin xidmətinə ehtiyac duyub.
EMİN, ZAQATALA





