İtaliyanın "Roma" klubunun kapitanı Françesko Totti 22 ildi çıxış etdiyi komandası barədə danışıb. Futbolinfo.az xəbər verir ki, italyan yarımmüdafiəçi karyerası ərzində yalnız bir klubda çıxış etdiyi üçün xoşbəxt olduğunu bildirib:
 
"Karyeramın ən böyük uğuru nədi? Təbii ki, dünya çempionu olmaq və skudettonu qazanmaq. Karyeram ərzində yalnız bir klubda çıxış etdiyim üçün çox xoşbəxtəm. Çünki "Roma"da uğur qazanmaq daha çətindi, nəinki güclü komandada. Karyeramın ən ağır günləri isə topuğumdan zədə aldığım zamanlar idi. Həmin vaxt sanki futbolla vidalaşacağımı düşünürdüm. Lakin özümdə güc taparaq yenidən yaşıl meydanlara qayıtdım".
 
Totti “Roma” forması ilə 700-ə yaxın oyun keçirib.
Shares: