"Bavariya"nın aparıcı üzvü Frank Riberinin zədəsi barədə açıqlama verilib. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi saytında onun nə qədər yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.
Ayağından əməliyyat olunan fransanlı yarımmüdafiəçi ən tezi martın 1-də "Şalke" ilə matçda meydana çıxa biləcək. Ancaq onun sağalma müddəti qeyd olunan tarixdən bir həftə gecikə də bilər. Ən pis halda Riberinin Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la cavab qarşılaşmasına yetişəcəyi bildirilib.
Qeyd edək ki, futbolçunun “Arsenal”la ilk oyunda iştirak etməyəcəyi dəqiqdi.





