"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Qış fasiləsindən sonra startımız uğursuz alınıb. 3 matçın hamısında məğlub olduq. Bu oyunda da "Neftçi" matçında olduğu kimi, buraxdığımız səhvlərə görə məğlub olduq. Qış fasiləsindən sonrakı bu uğursuzluğu araşdırıb, nəticə çıxarmaq lazımdı. Komandanın əsas heyət üzvlərinin yoxluğu bugünki oyunda öz mənfi təsirini göstərdi".





