Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts, baş məşqçinin köməkçisi Volfqanq Rolff və qapıçılar üzrə məşqçi Ulrix Ştayn fevralın 15-də Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək bəzi oyunları izləyəcəklər. Futbolinfo.az xəbər verir ki, sözügedən mütəxəssislər sabah "Bakı" – "Neftçi" və "Qarabağ" – AZAL oyunlarında stadionda olacaqlar.
 
Bundan əlavə milli komandanın məşqçisi Aslan Kərimov həmin gün Sumqayıt şəhərində keçiriləcək "Sumqayıt" – "Rəvan" qarşılaşmasını izləyəcək
Shares: