İspaniya Kral Kuboku finalının hansı hakimin idarə edəcəyi, yeri və vaxtı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, "Real" (Madrid) və "Barselona" arasında keçiriləcək prinsipial qarşılaşma aprelin 19-da oynanılacaq.
"Marca" nəşrinin xəbərinə görə, matç “Valensiya"ya məxsus "Mestalya" stadionunda təşkil olunacaq. Həlledici matçın idarəçiliyi 36 yaşlı Antonio Migel Mateu Laxoza tapşırılıb.
Qeyd edək ki, finalda El Klassiko olmayan hallarda, İspaniya Futbol Federasiyası kubokun finalını adətən “Real” və ya “Barselona”nın stadionlarından birində keçirirdi.





