Hazırda davam edən Topaz Premyer Liqasının 21-ci turunun "Bakı" – "Neftçi" oyununda qonaqların kapitanı Rəşad Sadiqovla yerli azarkeşlər arasında mübahisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri "Rəşad get evə, təzədən gəl" şüarı səsləndirərkən Sadiqov onlara cavab verib.
"Ağ-qaralar"ın kapitanı fanatlara "İndi siz evə gedəcəksiz" deyə cavab verib.





