"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çoxlu qol vəziyyətləri yaratdıq. Amma istifadə edə bilmədik. Rəqib də imkanlarından yararlandı və 2:0 hesabı ilə qalib gəldi. Əsas heyət futbolçularının yoxluğu oyuna təsir etdi. Baxın görün neçə futbolçumuz yoxdu. Məqsəd İsayev ümidləri doğrultdu. Bu gün oyunun əvvəlinı çox yaxşı oynadıq. Bahodır Nasimova 30 dəqiqə şans verdim. Nə ilə yadda qaldı? Heç nə ilə. Ona görə startda Melvini meydana buraxmışdım. Nfor arxada oynayırdı. O, öz mövqeyində oynasaydı, daha effektli olardı. Növbəti oyunda Erik Ramos və Tərlan Quliyev sıraya dönəcək. Onlar olanda artıq fərlqi futbol oynayacağıq. Ramos dayaq yarımmüdafiəçisi kimi oynayanda çox rahat oluram. "Neftçi"də həmin mövqenin sahibi odu.
Rəşad Sadiqov da yaradıcı kimi oynayanda mən rahat oluram. Amma bu gün onu dağıdıcı kimin oynatdım. Gələn oyunlara baxacağıq. Bugünkü səhvləri etməməliyik".





