“Torino” “Çelsi”nin futbolçusu Çezare Kasadeyi heyətinə qatıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçi turinlilərlə 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

“Çelsi” Kasadeyi İtaliyanın digər klubu “İnter”dən transfer etmişdi. İtaliyalı futbolçu cari mövsümdə “Çelsi”nin heyətində 6 matçda iştirak edib.

Shares: