"Atletiko Mineyro"nun braziliyalı futbolçusu Ronaldinyo səhhəti barədə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi zədədən demək olar ki, xilas olduğunu deyib:
"Hər gün özümü daha da yaxşı hiss edirəm. Ağrılarım yoxdu. Məşqlərə davam edirəm. Çox xoşbəxtəm".
Qeyd edək ki, Ronaldinyo ilə "Beşiktaş" yaxından maraqlanır.





