"Microsoft", "Audi" və "Emirates" şirkətləri “Real”ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" arenasına sponsorluq etmək üçün savaşa başlayıb. Futbolinfo.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi yaxşı təklif gələcəyi təqdirdə arenanın ad hüququnu sata biləcəyini açıqladıqdan sonra sözügedən şirkətlər çalışmalara başlayıb.
İspaniya mətbuatı bildirir ki, klub bu müqavilədən ildə 25 milyon avro qazanmaq niyyətindədi.
Xatırladaq ki, hazırda stadionun ad reklamına görə ən çox qazanan klub "Bavariya"dı. “Pivəçilər” “Alianz" şirkəti ilə müqavilədən ildə 21 milyon avro gəlir əldə edir.





