"Mançester Yunayted"in yarımmüdafiəçisi Luiş Nani karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı ilə "İnter" və "Yuventus" klubları yaxından maraqlanır.
 
Hər iki komanda Nanini heyətinə qatmaq üçün Mançester təmsilçisi ilə təmasa keçib.
 
Son vaxtlar "Old Trafford”da xoşbəxt olmayan yarımmüdafiəçinin də klubdan ayrılmaq istədiyini nəzərə alsaq, yanvardan etibarən Luişi İtaliya çempionatında izləyə bilərik.
 
Qeyd edək ki, 27 yaşlı futbolçunun "Mançester Yunayted"lə 2018-ci ilə qədər müqaviləsi var.
Shares: