“Mançester Yunayted”in 22 yaşlı futbolçusu Federiko Makeda zədəsini sağaldıb və dərhal klubdan göndərilib. Futbolinfo.az xəbər verir ki, italyan forvard İngiltərə çempionşipində mübarizə aparan “Donkaster”ə keçib.
 
Hansı ki, bu komanda onun üçün heç də yad deyil. Belə ki, Makeda əvvəlcə sentyabrda “Donkaster”ə icarəyə verilmiş, lakin zədə aldıqdan sonra müalicə  üçün Mançesterə dönmüşdü.
 
Əlavə edək ki, zədələnənə qədər 22 yaşlı futbolçu Donkasterin heyətində 5 oyuna 3 qol vurmuşdu.
Shares: