“İnter”in gənc futbolçusu Fuad Bayramovun futbolinfo.az saytına müsahibəsi
– Zədə səbəbindən bir müddət futboldan kənar qaldınız. Hazırda vəziyyətiniz necədi?
– Yavaş-yavaş özümü toparlayıram. Əsas yoxlanış idi, onu da keçdim. Çox şükür, artıq hər şey qaydasındadı.
– Məşqlərə başlamısız?
– Bəli, əsas komanda ilə məşq edirəm. Ancaq məşqlə kifayətlənmirəm, əvəzedicilərin oyunlarında da ozümü sınayıram. Son oyunda iştirak etməmişəm. Çünki Ukraynada idim. Həkim müayinəsindən keçmək üçün getmişdim. Artıq hər şey qaydasındadı.
– Əsas komandaya nə vaxt qayıdacaqsız?
– Dəqiq bilmirəm. Ancaq hər bir futbolçu kimi, mən də çalışıram ki, tez bir zamanda əsas heyətə düşüm. Zədəmi tamamilə sağaldıb, əsas komandada çıxış etməyi çox istəyirəm.
– Zədə səbəbindən uzun müddət futboldan uzaq qaldız, demək olar ki, formada deyilsiz. Komandadan göndərilmə ehtimalınız yoxdu ki?
– Xeyr. Əksinə “İnter”lə 2 illik müqavilə imzalamışam. 2 aydı əsas komanda ilə məşqlər edirəm. Ümid edirəm, hər şey yaxşı olacaq.
– “İnter” cari mövsümdəki çıxışını necə dəyərləndirirsiz?
– Çox yaxşı qiymətləndirirəm. Komandada vəziyyət əladı. Oyunları kənardan izləyirəm, komandamız çox yaxşı çıxış edir. Xüsusilə, "Neftçi"yə qarşı yüksək səviyyəli oyun sərgilədik.
– Oyundan sonra baş verən qalmaqaldan xəbəriniz var?
– Az öncə də qeyd etdiyim kimi, həmin ərəfədə Ukraynada idim. Oyunu da elə videoyazıdan izlədim.
RÖYA KƏRİMLİ





