İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rayan Giqz gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, uelsli futbolçu "qırmızı şeytanlar”la 1000-ci oyununa çıxdıqdan sonra futboldan getmək hqda düşünəcəyini bildirib:
 
"Düzünü desəm, bu barədə heç düşünməmişəm. Təbii ki, komandamla 1000-ci oyuna çıxsam, bu mənim üçün əla olar. Alınmasa, bu barədə danışmağa dəyməz. Əgər yaxşı oyun sərgiləsəm, karyeramı davam etdirəcəm. Çünki "Mançester Yunayted"lə 1000-ci oyunuma çıxmaq istəyirəm".
 
Qeyd edək ki, 1990-cı ildən mankunyanların şərəfini qoruyan 40 yaşlı yarımmüdafiəçi komandanın heyətində 954 oyun keçirib.
Shares: