"Xəzər Lənkəran" rəhbərliyinin sabiq baş məşqçi Con Toşakın imtina etdiyi və əvəzedici komandaya göndərdiyi Adrian Piti yenidən əsas heyətə qaytardığını xəbər vermişdik. Futbolinfo.az saytına müsahibəsində rumıniyalı futbolçu onun indi də əsas komandaya dönüşünü istəməyənlərin olduğunu bildirib:
"Mənim "Xəzər Lənkəran"a qayıtmağıma görə üzülənlər də var. Onlar mənim bura qayıtmağımı heç istəmirdilər. Amma mən onlara fikir verən deyiləm. Əsas istəyim özümü yenidən göstərməkdi. Məşq edirəm və komandama bu dar gündə kömək edəcəm".





