Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Regional Futbol Federasiyaları İctimai Birliyinin sabiq vitse-prezidenti, əməkdar məşqçi, əməkdar idman xadimi mərhum Toğrul Hacıyevin 70 illik yubileyidi. Futbolinfo.az xəbər verir ki, bu münasibətlə AFFA-nın əməkdaşları, veteran futbolçular, ölkə futbol ictimaiyyətinin nümayəndələri T.Hacıyevin məzarını ziyarət edib, qəbirüstü abidəsinin önünə gül dəstələri qoyulub, mərhumun ruhuna dualar oxunub. (AFFA)
Shares: