"Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində səfərdə qarşılaşacaqları "Rəvan"la oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az saytına müsahibəsində o, bunları bildirib:
"Bu oyuna öz stadionumuzda hazırlaşırıq. Hələ ki, Qəbələdəyik. Komandamda hər şey qaydasındadı. Zədəli təkcə Ürfan Abbasovdu. "Rəvan"ın son turdakı "Qarabağ"la matçını izləmişəm. Güclü rəqibdi. Bizim üçün vacib qarşılaşmadı. Qələbə qazanmaq istəyirik. Oyundan öncə şanslar həmişə bərabər olur. Amma çalışacağıq ki, lazım olan nəticəni qazanaq".





